"Liverpul" müdafiə xəttini gücləndirib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" Çempinşip təmsilçisi "Preston"un futbolçusu Ben Devisi transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə uzun müddətli müqavilə imzalanıb.
Devis bu mövsüm aşağı liqada keçirdiyi 19 oyunda 1 məhsuldar ötürmə edib. İngilis futbolçu 2017-ci ildən "Preston"da çıxış edirdi.
saytlarin hazirlanmasi
