"Vest Bromviç" türkiyəli futbolçu ilə müqavilə imzaladı

00:20 - 2 Fevral 2021

İngiltərənin "Vest Bromviç" klubu İspaniya təmsilçisi "Selta"nın yarımmüdafiəçisi Okay Yokuşlunu icarəyə götürüb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində çıxış edəcək.

 

Viqo təmsilçisi Türkiyə millisinin üzvünü 2018-ci ildə "Trabzonspor"dan 6 milyon avroya transfer edib. Okay bu mövsüm "Selta"da 14 oyun keçirib.

Xəbər xətti