İtaliyanın "Parma" klubu hücum xəttini gücləndirib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, "xaçlılar" Almaniyanın "Bayern" klubunun hücumçusu Coşua Zirkzeni icarəyə götürüb. 19 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Niderlandlı oyunçu 2017-ci ildə "Feyenoord"un akademiyasından "Bayern"ə keçib. O, bu mövsüm Bundesliqada keçirdiyi 3 oyunda qol sevinci yaşamayıb.
saytlarin hazirlanmasi
