Türkiyə millisinin üzvü "Liverpul"da

01:39 - 2 Fevral 2021

İngiltərənin "Liverpul" klubu Almaniya təmsilçisi "Şalke"nin müdafiəçisi Ozan Kabakı heyətinə cəlb edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" Türkiyə millisinin üzvünü satın almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.

 

"Şalke" 20 yaşlı futbolçunu 2019-cu ildə "Ştutqart"dan 15 milyon avroya transfer edib. Ozan bu mövsüm Bundesliqada 14 oyun keçirib.

Xəbər xətti