"Qalatasaray" yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Nyukasl"dan Deandre Yedlini azad agent statusu ilə heyətinə qatıb. ABŞ millisinin üzvü ilə 2,5 illik müqavilə imzalanıb.
Onun mövsümün sonuna qədərki maaşı 350 min avro olacaq. Yedlinin növbəti mövsüm məvacibi 1,15 milyon avro təşkil edəcək.
Cinah müdafiəçisi 2016-cı ildə 5,9 milyon avro qarşılığında "Tottenhem"dən "Nyukasl"a keçib. 27 yaşlı oyunçu bu mövsüm keçirdiyi 10 matçda 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
