"Şaxtyor"dan "Atalanta"ya keçdi

00:33 - 4 Fevral 2021

"Atalanta" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A seriyası təmsilçisi Ukrayna yığmasının və "Şaxtyor"un yarımmüdafiəçisi Viktor Kovalenkonu heyətinə qatıb. Berqamo klubu 24 yaşlı futbolçunun keçidi üçün 700 min avro təzminat ödəyib. Onunla 4,5 illik müqavilə imzalanıb.

 

Kovalenko "Şaxtyor"un yetirməsidir. O, bu mövsüm keçirdiyi 11 oyunda 4 qol vurub.

Xəbər xətti