"Qarabağ"ın keçmiş futbolçusu Ukraynada klubunu dəyişdi

00:49 - 4 Fevral 2021

"Qarabağ"ın keçmiş futbolçusu Sergey Kravçenkonun yeni klubu bilinib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Çernomorets"ə keçib. Kravçenko ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Kravçenko 2005/2006 mövsümünü "Qarabağ"da keçirib. Yarımmüdafiəçi Ukrayna yığmasında da 10 oyuna çıxıb. O, son olaraq ölkəsində "Dnepr-1" komandasının uğurları üçün çalışıb.

Xəbər xətti