Türkiyənin I liqasında çıxış edən "Akhisarspor" qış fasiləsində rekord sayda futbolçu transferi reallaşdırıb.
Sportal.az xəbər verir ki, aşağı liqa klubu 26 futbolçunu rənglərinə bağlayıb. Onlardan biri "Qarabağ"ın keçmiş hücumçusu Con Delarjdır.
"Akhisarspor"un keçmiş futbolçularına təqribən 2 milyon avro borcu olduğu üçün yanvarın əvvəlində kluba transfer qadağası qoyulmuşdu. Bu səbəbdən klub heyətini maksimum şəkildə gücləndirib.
Delarj komandada keçirdiyi 2 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. 30 yaşlı futbolçu 2018/29 mövsümündə "Qarabağ"da keçirib. Konqolu forvard 2020-ci ilin martında "Boluspor"dan ayrıldıqdan sonra klubsuz qalmışdı.
