Rəcəbov 5 qarşılaşamda heç-heçə etdi

10:31 - 8 Fevral 2021

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin ikinci yarış günündə 5 görüşdə mübarizə aparıb.

 

Sportal.az xəbər verir ki, o, Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Qujrati Vidit Santoş (Hindistan) və Daniil Dubovla (Rusiya) qarşılaşmaları heç-heçə ilə başa vurub.

 

Rəcəbov 5,5 xalla ümumi hesabda 5-7-ci yerləri bölüşür. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 7 xalla turnir cədvəlində liderliyini davam etdirir.

 

“Champions Chess Tour” şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir.

 

Rəcəbov seriyanın ikinci turniri “Airthings Masters”də qalib gəlməklə “Champions Chess Tour”un sentyabrında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti