Amerika Birinci Futbol Liqasında mübarizə aparan "Çinçinatti" klubu Braziliya təmsilçisi "San Paulu"nun hücumçusu Brenneri transfer edib.
Sportal.az xəbər verir ki, MLS təmsilçisi 21 yaşlı forvardla uzunmüddətli sözləşmə imzalayıb. "Çinçinatti" bu keçid üçün 15 milyon dollar təzminat ödəyib. Bu, MLS tarixinin ən bahalı transferi olub.
Braziliyalı hücumçu bu mövsüm "San Paulu"da keçirdiyi 33 oyunda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
