Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Honda özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək.
O, "Portimonense" klubu ilə müqavilə imzalayıb. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Honda mövsümün sonuna qədər "Portimonense"də çıxış edəcək.
"Portimonense" Portuqaliya Premyer Liqasında 15-ci sıradadı.
Honda son olaraq Braziliyanın "Botafoqo" klubunda çıxış edib.
saytlarin hazirlanmasi
