"Qarabağ"dan Kipr klubuna

21:21 - 8 Fevral 2021

"Qarabağ"dan ayrılan Donald Geryenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, haitili futbolçu karyerasını Kiprdə davam etdirəcək. 31 yaşlı cinah oyunçusu "Apollon"a keçib. Limassol təmsilçisi təcrübəli futbolçu ilə 2,5 illik müqavilə imzalayıb. O, yeni klubunda 96 nömrəli formada çıxış edəcək.

 

"Apollon"da "Qəbələ" və "Neftçi"nin keçmiş üzvü Baqali Dabo da çıxış edir.

 

Ağdam təmsilçisi Geryeni qış fasiləsində komandanın düşərgəsinə gec qoşulduğu üçün əvəzedici heyətə göndərimiş və 20 min dollar cərimə etmişdi.

 

Gerye bu mövsüm keçirdiyi 16 oyunda 6 qol vurub. O, 2017-2019-cu illərdə "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçmişdi. Cinah oyunçusu 2020-ci ilin yayında ağdamlılara qayıtmışdı.

Xəbər xətti