Fil Dişi Sahili millisinin və İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyasında çıxış edən "Folqorye Karateze" komandasına keçib. 4-cü liqa təmsilçisi müqavilənin detallarını açıqlamayıb.
İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir.
saytlarin hazirlanmasi
