Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

11:11 - 9 Fevral 2021

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

 

Sportal.az xəbər verir ki, səfər çərçivəsində AFFA prezidenti FİFA-nın prezidenti Gianni İnfantino ilə görüşüb.

 

Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

 

Hazırda Doha şəhərində FİFA Klublararası çempionatı keçirilir.

Xəbər xətti