Fransanın “Renn” klubu futbolçusu Mbaye Nianqı Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"yə icarəyə verib.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Ərəblər seneqallı forvardı satın almaq hüququna da sahibdir.
"Renn" Seneqal millisinin üzvünü 2019-cu ildə "Torino"dan 15 milyon avroya transfer edib. Nianq "Milan", "Monpelye", "Cenoa" və "Uotford" kimi klublarda da oynayıb.
saytlarin hazirlanmasi
