Azərbaycan vətəndaşlığından imtina edən futbolçu Qazaxıstan klubunda

21:21 - 11 Fevral 2021

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olmuş David Qarayev karyerasını Qazaxıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu "Kaspi"yə keçib. Son olaraq Rusiyanın "Ural" klubunda çıxış edən Qarayev Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasına qoşulub.

 

Moskva "Spartak"ının yetirməsi olan David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib və 5 oyunda meydana çıxıb.

 

Ötən illərdə David Azərbaycan vətəndaşlığından imtina edib. O, bunun səbəbini belə açıqlamışdı:

 

"Azərbaycan yığmasına dəvət aldğım vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən əcnəbi sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belə halda mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Xəbər xətti