Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

01:01 - 12 Fevral 2021

Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.

 

İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

 

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

 

Cütlüklər sabah ən azı daha 4 görüş keçirəcəklər.

 

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Xəbər xətti