Levandovski turnirin ən yaxşısı seçildi

13:13 - 12 Fevral 2021

"Bayern"in hücumçusu polşalı Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

 

Sportal.az xəbər verir ki, ikinci yeri Meksikanın "Tiqres" komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix isə üçüncü olub.

 

Qətərdə keçirilən klublararası dünya çempionatının finalında "Bavariya" Meksikanın "Tiqres" klubuna qalib gələrək (1:0) çempion olub. 

Xəbər xətti