Rəcəbovun 3-cü yer uğrundakı rəqibi məlum oldu

11:55 - 13 Fevral 2021

Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı qrossmeyster bu dəfə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

 

Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.

 

Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.

Xəbər xətti