"Leyptsiq" "Mançester Siti"nin futbolçusunu transfer etdi

12:29 - 13 Fevral 2021

"Leyptsiq" "Mançester Siti"dən icarəyə götürdüyü Anxelinonun transfer hüququna sahib olub.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi ispaniyalı futbolçu ilə 2025-ci ilin iyunun 30-dək müqavilə bağlayıb. "Öküzlər" bu keçid üçün 18 milyon avro təzminat ödəyib.

 

24 yaşlı sol cinah müdafiəçisi bu mövsüm keçirdiyi 29 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.

Xəbər xətti