Cüdoçularımız son gündə də medalsız qaldılar

21:00 - 20 Fevral 2021

Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. İpponla uduzan Mehdiyev medal şansını əldən verib və 5-ci olub.

 

100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. O da Mehdiyev kimi məğlub olub və turniri 5-ci pillədə başa vurub.

 

Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

 

Yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.

Xəbər xətti