Malta - Rusiya oyunu ilə bağlı yekun qərar

10:42 - 17 Mart 2021

Malta və Rusiya yığmaları arasındakı DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilməli olan oyun təxirə salınmayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Matçın planlaşdırılan vaxtda baş tutacağı təsdiqlənib. Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər bu oyunun keçirilməsinə mane olmayacaq.

 

Malta - Rusiya matçı martın 24-də baş tutacaq.

Xəbər xətti