Millinin Slovakiya ilə matçının hakimləri

13:50 - 18 Mart 2021

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək Slovakiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, görüşü Finlandiyadan olan Kirill Naishouler və Arttu Kyynaeraeinen idarə edəcək. Üçüncü hakim Martin Matula, timekeeper Miroslav Jezik olacaq. Hər ikisi Slovakiyadandır.

 

Qarşılaşmanın hakim-inspektoru funksiyasını Perry Gautier yerinə yetirəcək.

Xəbər xətti