Həbib karyerasını başa vurdu

13:46 - 19 Mart 2021

UFC çempionu Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt özünün tvitter hesabında yazıb: "O, 100 faiz rəsmən təqaüdçüdür. Sizin necə işlədiyinizi izləmək inanılmaz idi. Hər şey üçün təşəkkür edirəm. Gələcəkdən zövq al, dostum".

 

32 yaşlı idmançı peşəkar karyerasında keçirdiyi 29 döyüşün hamısında qələbə qazanıb.

Xəbər xətti