Portuqaliya millisində ciddi itki - Azərbaycana qarşı oynamayacaq

12:46 - 21 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Azərbaycanla qarşılaşacaq Portuqaliya millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, yığmanın qapıçısı Rui Patrisiu zədə səbəbindən komandasına kömək etməyəcək. "Vulverhempton"un 33 yaşlı qapıçısı İngiltərə Premyer Liqasında "Liverpul"la keçirilən matçda başından zədələnmişdi.

 

Patrisiunun əvəzinə Yunanıstanın “Olimpiakos” klubunun qapıçısı Joze Sa yığmaya çağırılıb.

 

Portuqaliya - Azərbaycan matçı İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda baş tutacaq.

Xəbər xətti