Əliyar Ağayev DÇ-2022-nin oyununa təyinat aldı

11:11 - 25 Mart 2021

FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsi oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, F qrupunda Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

 

Martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti