İbrahimoviç milliyə qayıdışını rekordla qeyd etdi

13:13 - 26 Mart 2021

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç yeni rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, 5 il sonra milliyə qayıdan təcrübəli futboçu buna DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda Gürcüstanla matça çıxaraq buna nail olub.

 

39 yaş 173 günündə qarşılaşmanın iştirakçısı olan forvard İsveç millisində oynayan ən yaşlı oyunçu rekordunu qırıb. O, 1997-ci ildə İsveçdə 38 yaş 30 günündə oynayan qapıçı Tomas Ravellinin rekordunu yeniləyib.

 

İsveç bu qarşılaşmada Gürcüstana qalib gəlib - 1:0. Yeganə qolun ötürməsini İbrahimoviç edib.

Xəbər xətti