DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Serbiya yığması bu gün Bakıda gəzintiyə çıxıb.
Sportal.az xəbər verir, Draqan Stoykoviçin baş məşqçi olduğu komanda günorta saatlarında Xəzər dənizinin sahilində olub.
Futbolçuların fitness məşqçisi Katsuşita Kinoşinin rəhbərliyi altında Milli Xalça Muzeyinin qarşısında məşq ediblər.
Martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.
