UEFA prezidenti Aleksander Çeferin UEFA-nın 45-ci konqresində Avropa Super Liqası barədə danışıb.
Sportal.az xəbər verir ki, sloveniyalı qurum rəhbəri turnirdə iştirak etməyi qəbul edən İngiltərənin 6 klubu - "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal" və "Tottenhem"ə müraciət edib:
“Bu klubların sahiblərinə sözüm budur ki, cənablar, siz çox böyük bir səhv etdiniz. Bəziləri bunun acgözlük olduğunu, bəziləri isə futbol mədəniyyətinə qarşı hörmətsizlik, təkəbbürlük olduğunu söyləyəcək. Ancaq bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan fikrinizi dəyişdirmək üçün hələ vaxt var. Hər kəs səhv edir. İngilis azarkeşlər sizin düzəlişinizə layiqdirlər
Biz bu böhrana qalib gələcəyik və futbol daha da güclənəcək. Ona görə ki, biz nəhəng problemi məğlub edəcəyik. Əsas məqsədimiz Avropa çempionatını güclə şəkildə təşkil etməkdir. Ümid edirəm ki, azarkeşlər peyvənd olunacaq və stadionlara gələcəklər. Oyunlarda bütün tədbirlər yüksək səviyyədə olacaq. Yarışda bizə dəstək olan Avropa ölkələrinin liderlərinə minnətdarıq".
saytlarin hazirlanmasi
