Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.
İdmançımız qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.
Turnirdə bundan əvvəl sərbəst güləşçilərdən Turan Bayramov gümüş, Əfqan Xaşalov, Əli Rəhimzadə və Osman Nurməhəmmədov isə bürünc medal qazanıb.
saytlarin hazirlanmasi
