Boks millimizin qalmaqallı üzvü Lorenso Sotomayor yenidən gündəmə gəlib.
Sportal.az xəbər verir ki, Rio olimpiadasının mükafatçısı sosial şəbəkədə yayılan videoda transseksualı xatırladıb.
Rəfiqəsi ilə rəqs edən Kuba əsilli idmançı, sonra qadının paltarını geyinib, başına hörük taxıb. Özünü biədəb göstərən Sotomayorun arxasına qadın hətta sillə vurub. Boksçu haqqında idman ictimaiyyətində müxtəlif söhbətlər dolaşır.
Rio-2016 olimpiadasının gümüş mükafatçısı, Bakı-2015 qitə oyunlarının qızıl və Minsk-2019-un bürünc medalçısı hələ Tokio-2020-yə lisenziya qazanmayıb. Millimizdən bu sevinci hələlik Tayfur Əliyev (57 kq) yaşayıb.
Yığmamızda onun 2 həmyerlisi var: Alfonso Dominges və Osnay Benkomo (allsport.az)
saytlarin hazirlanmasi
