Belhandanın yeni klubu müəyyənləşdi

15:15 - 23 May 2021

“Qalatasaray”dan ayrılan Yunes Belhanda karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Monpelye” ilə anlaşıb. Fransa klubu azad agent statusu daşıyan futbolçu ilə 3 illik razılığa gəlib.

 

31 yaşlı futbolçu 2017-ci ildən Türkiyə klubunda çıxış edirdi. O, "sarı-qırmızılar"da keçirdiyi 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.

Xəbər xətti