"Spartak" "Çelsi"nin futbolçusunu transfer etdi

16:16 - 23 May 2021

Rusiyanın "Spartak" klubu "Çelsi"dən icarəyə götürdüyü Viktor Mozesin transfer hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi nigeriyalı futbolçunun məcburi satın alma şərti ilə heyətinə qatıb. Futbolçunun müqaviləsində "Spartak mövsümü 3-cü pillədə bitirərsə, satın alma şərti qvvəyə minəcək" maddəsi olub.

 

Moskva təmsilçisi mövsümü ilk 3-lükdə bitirdiyi üçün Mozesi 6 milyon avroya heyətinə qatıb.

 

30 yaşlı cinah futbolçusu bu mövsüm Rusiya çempionatında keçirdiyi 19 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər xətti