Azərbaycan millisindən imtina edən futbolçu Bundesliqa klubunda

00:33 - 26 May 2021

Almaniya II Bundesliqasını bombardir başa vuran "Darmştadt"ın hücumçusu Sərdar Dursunun yeni klubu bəlli olub.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, türkiyəli hücumçu karyerasını Bundesliqada davam etdirəcək. O, "Union Berlin"lə razılığa gəlib.

 

Dursun başa çatan mövsüm keçirdiyi 36 oyunda 29 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

29 yaşlı forvard 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin dəvəti qəbul etmədiyini söyləmişdi.

 

Xəbər xətti