Jervinyo Türkiyə klubunda

00:37 - 26 May 2021

Türkiyənin "Trabzonspor" klubu heyətini 2 futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" cinah hücumçusu kot-d-ivurarlı Jervinyo ilə 2, braziliyalı sağ cinah müdafiəçisi Bruno Peres ilə isə 3 illik razılığa gəlib.

 

 

Hər iki futbolçu tibbi müayinədən keçdikdən sonra Qara dəniz klubuna azad agent statusu ilə qoşulacaqlar.

 

Jervinyo "Parma"dan, Peres isə "Roma"dan ayrılıb.

 

ImageImage

Xəbər xətti