Azərbaycan çempionu federasiyadan narazılıq etdi

20:34 - 26 May 2021

Bir neçə gün öncə şahmat üzrə Azərbaycan çempionu olmuş Vasif Durabəyli sosial şəbəkələrdə etdiyi paylaşımla gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, Durabəyli ölkə çempionu kimi Dünya kubokuna vəsiqə qazansa da, o bir ay öncə seçmə mərəhələdə iştirak etmək istəyib və hətta bunun üçün müraciət də ünvanlayıb. Lakin fedarasiya onun və çox güman ki, digər şahmatçıların da bu arzusuna biganə yanaşıb.
 
Ölkə çempionu sosial şəbəkə hesabında bunları yazıb: "Tarixdə ilk dəfə olaraq Dünya kubokuna Avropa seçmələri hibrid formatda keçirilir. Məncə yaranmış vəziyyətdə qənaət-bəxş çıxış yolu bu idi və təşəbbüsü dəstəkləyirəm. Yarışda iştirak niyyətimi bir ay öncədən bəyan etsəm də qatıla bilmədim. Səbəb isə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitze-prezidenti cənab Həsənovun ölkəyə xarici hakimin gətirilməsi xərclərinin AŞF tərəfindən ödənilməsinə qarşı olmasıdır. Hərçənd digər Qafqaz ölkələri Ermənistan və Gürcüstan, eləcə də Avropanın əksər ölkələr əcnəbi hakim gətirib. Əlqərəz Azərbaycan bu tarixi mötəbər yarışda təmsil olunmur".
 
Dünən start götürən Dünya kubokunun seçmə mərhələsi hibrid formatda keçirilir. Amma fedrasiyanın artıq xərcə düşmək istəməməsi üzündən Azərbaycan şahmatçıları bu yarışda iştirak etmirlər.

 

Xəbər xətti