Çinin "Tyantsin Teda" klubu ilə müqaviləsi başa çatan Tikinyo Soareşin karyerasını Avropada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Yunanıstan çempionu "Olimpiakos"la anlaşıb. Braziliyalı yarımmüdafiəçi Afina təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. Onun illik maaşı 1,5 milyon avro olacaq. Futbolçu 1 milyon avro imza pulu alıb.
Tikinyo 2017-2020-ci illərdə "Portu"dakı çıxışı ilə tanınmışdı.
saytlarin hazirlanmasi
