"Valensiya" gürcü qapıçını transfer etdi

13:13 - 3 İyun 2021

"Valensiya" Gürcüstanın "Dinamo" klubunun qapıçısı Giorgi Mamardaşvilini icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı çərçivə qoruyucusu 1 mövsüm "yarasalar"da çıxış edəcək. La Liqa klubu gürcü qolkiperi 1 milyon avroya transfer etmək hüququna malikdir. Növbəti satışdan Tbilisi klubuna 10 faiz pay düşəcək.

 

Mamardaşvili "Dinamo"nun yetirməsidir.

Xəbər xətti