Gimnastımız Misirdə gümüş medal qazandı

14:45 - 7 İyun 2021

Cavidan Babayev Misirdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

 

Sportal.az xəbər verir ki, təsnifatda halqalarla çıxışına görə finala adlayan idmançı həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.

 

Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan Murad Ağarzayev isə yekunda 6-cı yerlə kifayətlənməli olub.

 

3-6 iyunda təşkil olunmuş Dünya Kubokunda Azərbaycanı 3 gimnast təmsil edib. Babayev və Ağarzayevlə yanaşı, Sərvər Əliyev də yarışda qüvvəsini sınayıb.

Xəbər xətti