Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Hidayət Heydərov turnirdə bürünc medal görüşünə çıxıb.
73 kq çəki dərəcəsində yarışan idmançımızın rəqibi yaponiyalı dördqat dünya çempionu Soiçi Haşimoto olub. Qarşılaşmadan məğlubiyyətlə ayrılan Heydərov çempionatı 5-ci pillədə başa vurub.
Daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub.
saytlarin hazirlanmasi
