2 karateçimiz olimpiadadan kənarda qaldı

19:19 - 12 İyun 2021

Fransanın paytaxtı Parisdə keçirilən karate üzrə Olimpiya təsnifat turniri davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın 2 təmsilçisi yarışda qüvvəsini sınayıb. Kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.

 

6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.

 

Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.

 

Daha əvvəl Azərbaycanın 3 karateçisi - Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.

Xəbər xətti