Parisdə Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin rapid yarışı başa çatıb.
Sportal.az xəbər verir ki, şahmatçımız son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.
Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.
İyunun 21-də “Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək.
saytlarin hazirlanmasi
