Qətər dünya çempionatı üçün peyvəndlənmə tələb edəcək

11:51 - 21 İyun 2021

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərar qəbul edilib.

 

Sportal.az xəbər verir ki, Qətər hökumətinin rəsmisi Şeyd Xalid oyunlara qatılmaq üçün azarkeşlərdən koronavirus əleyhinə peyvəndlənmə tələb edəcəklərini deyib:

 

"Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün bir şirkətlə danışıqlar aparırıq. Bizim əsas məqsədimiz vətəndaşların və bütün azarkeşlərin sağlamlığını qorumaqdır".

 

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbər xətti