"Neftçi"nin rəqibi transfer reallaşdırdı

10:56 - 23 İyun 2021

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Dinamo” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Tbilisi təmsilçisi keçmiş yarımmüdafiəçisi Nodar Kavtaradzeni heyətinə qatıb. Onunla 2 illik müqavilə imzalanıb.

 

 

 

“Neftçi” “Dinamo” ilə ilk oyununu iyulun 7-də səfərdə, cavab matçını isə iyulun 14-də Bakıda keçirəcək.

Xəbər xətti