Daha 2 cüdoçumuz olimpiya oyunlarında

13:36 - 23 İyun 2021

İki cüdoçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Sportal.az xəbər verir ki, bunlar Kəramət Hüseynovla (60 kq) Uşanqi Kokauridir (+100 kq). Onlar Beynəlxalq Cüdo Federasiyasının (İJF) açıqladığı Olimpiada iştirakçılarının siyahısında yer alıb.

 

Kəramət İJF-nın Olimpiya reytinqində 3080 xalla 19-cu yerlə Olimpiadada iştirak hüququna yiyələnib. 3208 xala malik Uşanqi isə 18-ci yerlə bu vəsiqəyə sahib çıxıb.

 

Tokiodakı yarış Hüseynovun ilk Olimpiadası olacaq. Rio-2016-nın iştirakçısı olan Kokauri isə ikinci dəfə bu yarışa qatılacaq.

 

Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər xətti