"Qarabağ"ın keçmiş futbolçusu Dani Kintananın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını "Yagelloniya"da davam etdirəcək. 34 yaşlı futbolçu Polşa klubu ilə razılığa gəlib.
Kintana 2015-2020-ci illərdə Ağdam təmsilçisində çıxış edib. Daha sonra o, Çinin birinci liqa təmsilçisi "Çendu Better Siti"yə transfer olunub. Dani 2013-2015-ci illərdə "Yagelloniya"da oynayıb.
saytlarin hazirlanmasi
