Uelbekin yeni klubu

10:02 - 24 İyun 2021

İngiltərənin "Uotford" klubundan ayrılan Denni Uelbekin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Premyer Liqanın digər təmsilçisi "Brayton"da davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb.

 

İngiltərə millisinin üzvü iolmuş hücumçu "Mançester Yunayted" və "Arsenal"da da çıxış edib.

Xəbər xətti