PSJ "İnter"in cinah müdafiəçisi Əşrəf Hakiminin transferini tamamlayıb.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi bu keçid üçün 60+10 milyon avro təzminat ödəməyə razı olub. Mərakeşli futbolçunun illik maaşı 8 milyon avro olacaq.
Hakimi ilə 2026-ci ilin iyunun 30-dək müqavilə imzalanıb.
22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avro qarşılığında keçmişdi.
saytlarin hazirlanmasi
