"Mançester Yunayted" "Borussiya"nın futbolçusu Ceydon Sançonun transfer edib.
Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi açıqlama yayıb. 21 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. "Qırmızı şeytanlar" bu keçid üçün 85 milyon avro təzminat ödəyib.
İngiltərə millisinin üzvü 2017-ci ildə "Mançester Siti"dən "Borussiya"ya 7,84 milyon avroya keçmişdi. 21 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 38 oyunda 16 qol vurub, 21 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
