"Beşiktaş" Niderlanddan futbolçu aldı

14:37 - 1 İyul 2021

"Beşiktaş" ilk transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" Niderlandın "NEK Neymegen" klubundan Elayis Tavşanla anlaşıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu yaxın günlərdə Türkiyəyə gələcək.

 

Atası surinamlı, anası türkiyəli olan sağ cinah vingeri ötən mövsüm 2-ci liqada 37 oyunda 11 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti